“Azərsu”yun maşını ağır qəza törətdi - Ölən var

29 Noyabr 2022 09:18

Hacıqabulda "Azərsu"ya məxsus avtomobil qadını vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Əliəkbər Şıxıyev Muğan qəsəbəsi ərazində su xətlərinin çəkilməsi ilə əlaqədar işləyən zaman idarə etdiyi "QAZ 330232" markalı avtomobili geriyə hərəkət etdirən zaman piyada, 1954-cü il təvəllüdlü Atlas Əsədovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Milli.Az