"Arka sokaklar" artıq bu kanalda yayımlanacaq

29 Noyabr 2022 15:32

"Arka sokaklar" serialıyla bağlı yeni qərar verilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 17 ildir "Kanal D"də yayımlanan ekran işi artıq "Atv" kanalında işıq üzü görəcək.

Buna səbəb isə kanalın yayım şirkətinə ödəniş etməməsi olub.

Qeyd edək ki, serial yayımına 45 günlük fasilə verib.

Milli.Az