"Erməni hərbçinin yaralanması barədə məlumatı qəti surətdə təkzib edirik"

29 Noyabr 2022 19:40

Noyabrın 29-u saat 17:50-də guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Milli.Az