“İskender Büyük” uzun illərdən sonra ekranlara qayıdır - FOTO

29 Noyabr 2022 15:56

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında "İskender Büyük" obrazı ilə tanınan Musa Uzunlar uzun illərdən sonra yenidən ekranlara qayıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ustad aktyor "Həyatımın şansı" serialına çəkilib.

Sonuncu dəfə "Bir ananın günahı" serialında rol alan Uzunların çəkildiyi yeni layihə Fox TV-də yayımlanacaq.

Baş rollarda Alican Yücesoy və Şifanur Gülün oynadığı serial kiçik qızı ilə həyatda qalmağa çalışan Yunqanın ətrafında cərəyan edəcək.

Milli.Az