Hacıqabulda yol polisinin avtomobilində yanğın olub

29 Noyabr 2022 08:44

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilin mühərrikində yanğın baş verib.

DİN-in mətbuat xidmətindən polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla "Mersedes" markalı avtomobildə olan yanğın söndürülüb. Xəsarət alan yoxdur.

Araşdırma aparılır.

Milli.Az