Niderland Rusiya gəmisi "azad etdi"

29 Noyabr 2022 08:22

Malavi üçün Rusiya gübrəsi daşıyan gəminin 48 saat ərzində Niderlandı tərk etməsi gözlənilir.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.

"Gəminin Niderlanddan Mozambikə getməsi gözlənilir. Gəmi Mozambikə çatdıqda isə gübrə quru yolu ilə Malaviyə daşınacaq", - Düjarrik vurğulayıb.

Qeyd edək ki, Avropa limanlarında bloklanan Rusiya gübrələrinin ilk partiyası Niderlanddan Malaviyə göndəriləcək.

Milli.Az