AB Rusiya nefti ilə bağlı razılığa gələ bilmədi

29 Noyabr 2022 08:12

Avropa Birliyi nümayəndələri Rusiya neftinin qiymətinin maksimum həddi ilə bağlı razılığa gələ bilməyiblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, AB Rusiyadan neftin qiymətinin bir barrel üçün 62 dollar səviyyəsində müəyyən edilməsi imkanını müzakirə edir.

Bildirilir ki, Polşa və Baltikyanı ölkələr qiymət həddinin hələ də çox yüksək olduğunu hesab edirlər.

Qeyd edək ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən dəfələrlə bəyan edib ki, əgər bu, onun maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək.

Milli.Az