Blinken Qazaxıstanın XİN rəhbəri ilə danışdı

29 Noyabr 2022 08:48

ABŞ Dövlət katibi Entoni Blinken və Qazaxıstan xarici işlər naziri Muxtar Tileuberi arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Blinken Tvitter hesabında paylaşım edib.

"Tileuberi və mən mühüm məsələləri, o cümlədən Qazaxıstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyimiz və qarşıdan gələn Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqumuzu müzakirə etdik", - Blinken qeyd edib.

Milli.Az