Argentinada meymunçiçəyindən ilk ölüm

29 Noyabr 2022 08:50

Argentinada meymunçiçəyindən ilk ölüm halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

"Noyabrın 22-də ilk ölən - risk qrupunda olan (HİV / AİDS) 44 yaşlı kişi haqqında məlumat daxil olub", - deyə açıqlamada bildirilir.

Məlumata əsasən, xəstə oktyabrın 9-da reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, noyabrın 22-dək Argentinada 895 meymunçiçəyinə yoluxma aşkar edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin 98,5 faizi kişilərdir.

Milli.Az