Türk əsgəri şəhid olub

29 Noyabr 2022 08:20

"Pençe-Kilit" əməliyyatı zonasında terrorçuların hücumu nəticəsində türk əsgəri şəhid olub.

Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, ötən gün terrorçuların hücumu nəticəsində yaralanan Halil İbrahim Yiğit xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.

Milli.Az