Yol polisinin avtomobilində yanğın olub

28 Noyabr 2022 23:37

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilin mühərrikində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla "Mercedes" markalı avtomobildə olan yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

Araşdırma aparılır.

Milli.Az