Həyat yoldaşını öldürən şəxsə 10 il həbs cəzası verildi

28 Noyabr 2022 22:42

Gəncədə həyat yoldaşını 6 bıçaqla qətlə yetirən şəxsə 10 ildən çox həbs cəzası verilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncədə bu iyul ayının 8-də həyat yoldaşı Gülzar Həsənovanı altı bıçaqla qətlə yetirməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sabir Şabanovun məhkəmə prosesi keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilən məhkəmə prosesinə yekun vurulub.

Hakimin qərarı ilə S.Şabanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl qısqanclıq zəminində baş verib.

Milli.Az