Vüqar Əliyev kollektivə təqdim olundu

28 Noyabr 2022 19:36

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Vüqar Əliheydər oğlu Əliyev noyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən kollektivə təqdim olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

Vüqar Əliyev ona göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Milli.Az