Niyam Salami varisinin kimliyini açıqladı - VİDEO

28 Noyabr 2022 18:33

"Ailənin məsuliyyəti başqadır. Kimin üçünsə ailə qurmaq olmaz. Subaylığın daşını heç zaman atmayacağam. Ailənin məsuliyyəti çox böyükdür. O məsuliyyət isə mənim üçün deyil". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Space maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi varisinin qardaşı oğlu olduğunu açıqlayıb.

"Varisim 14 yaşlı İsmayıl adında oğlumdur. O qardaşımın övladıdır. İsmayılı oğlum kimi istəyirəm. Demişəm ki, bacımın qızını alsın. Babamın və nənəmin adı olacaq... Həliməxatun və İsmayıl. Evim onlara qalacaq", - deyə Niyam bildirib.

Milli.Az