16 yaşlı Turan dəfn edildi - FOTO

28 Noyabr 2022 15:48

Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov qətlə yeitirilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Turan Rüstəmov doğulduğu Yevlax rayonunda dəfn edilib.

Milli.Az