Kiyev üçün “qiyamət” ssenarisi: Dörd ay işıq olmayacaq - FOTO

28 Noyabr 2022 18:21

"Kiyev sakinləri müxtəlif vəziyyətlərə, o cümlədən şəhərətrafı ərazilərə qismən təxliyəyə hazır olmalıdırlar".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko xəbərdarlıq edib.

Onun sözlərinə görə, söhbət kiyevlilərin Ukraynanın digər bölgələrinə köçürülməsindən gedir.

Mer Kiyevdə işıqların kəsilməsinin yaza qədər davam edə biləcəyini bildirib. Buna görə də şəhər sakinlərinə texniki və içməli su, elektrik enerjisi olmadan istehlak edilə və ya hazırlana bilən ərzaq ehtiyatları, həmçinin isti paltarlar, enerji ilə doldurulmuş notbuklar və enerji bankları ("power bank") tədarükü ilə bağlı müraciət edib.

Siyasətçi əlavə edib ki, pis ssenari halında yaxşı olardı ki, hər bir sakinin suyu və sobası olan bağ evinə və ya dostlarının yanına getmək imkanı olsun.

Milli.Az