Moratadan ilk

28 Noyabr 2022 17:18

Alvaro Morata İspaniya millisində ilkə imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 30 yaşlı hücumçu Qətərdə keçirilən dünya çempionatında Almaniya ilə qrup mərhələsinin II tur matçında buna nail olub.

O, "buğalar"ın heyətində ardıcıl 2 mundial oyununda sonradan meydana çıxaraq qol vuran ilk ispan futbolçu olub.

"Yuventus"lu futbolçu daha əvvəl Kosta-Rika ilə görüşdə eyni uğura imza atmışdı.

Qeyd edək ki, İspaniya - Almaniya matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Milli.Az