DÇ-2022: Messi rekordun bir addımlığında

28 Noyabr 2022 14:01

Dünya çempionatları tarixində cərimə meydanından kənarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Argentina yığmasının kapitanı Lionel Messi Qətərdə keçirilən DÇ-2022-də Meksika ilə görüşdə (2:0) fərqlənərək, rekorda bir addım da yaxınlaşıb.

Mundiallarda ümumilikdə 8 dəfə fərqlənən 35 yaşlı forvard bunun 4-nü uzaq məsafədən vurub. Messi hazırda əfsanəvi almaniyalı Lotar Matteus və uruqvaylı Dieqo Forlanla ikinci yeri bölüşür.

Rekordun sahibi Roberto Rivellinodur. O, Braziliya yığmasının heyətində ümumilikdə 6 qol vurub ki, bunun 5-nə cərimə meydançasının kənarından imza atıb.

Futbolçu

Millisi

Uzaqdan qollar

Fərqləndiyi illər

Ümumi qollar

Roberto Rivellino 

Braziliya

5

1970 (2), 1974 (3)

6

Lotar Matteus 

Almaniya

4

1986 (1), 1990 (3)

6

Dieqo Forlan 

Uruqvay

4

2002 (1), 2010 (3)

6

Lionel Messi 

Argentina

4

2014 (3), 2022 (1)

8

Milli.Az