Gülay qızına ad günü etdi - VİDEO - FOTO

28 Noyabr 2022 13:39

Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynalının qızı Sahilənin ad günü olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük övladına təmtəraqlı ad günü məclisi keçirib. Şəhər restoranlarının birində baş tutan gecədə şou-biznes nümayəndələri də yer alıblar. 

Xalq artistləri Röya Ayxan, Tünzalə Ağayeva, Əməkdar artistlər Abbas Bağırov, Xəyyam Nisanov məclisdə yer alan ifaçılar sırasında olub. 

Milli.Az