Kiyev bu əraziyə hücum edə bilər - Qərb narahatdır

28 Noyabr 2022 10:32

Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum cəhdləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə onun qərbli həmkarları arasında münasibətləri poza bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Ekonomist" jurnalı məlumat yayıb.

Nəşr vurğulayır ki, Ukrayna bu təhlükəyə baxmayaraq, hazırda Krımda hücum əməliyyatını istisna etmir:

"Kiyevə Krımı və Donbası geri qaytarmaq asan olmayacaq. Qərb Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum edəcəyi təqdirdə münaqişənin genişlənməsindən və buna cavab olaraq Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən ehtiyatlanır".

Milli.Az