Azərbaycanlı iş adamı vəfat etdi

28 Noyabr 2022 19:46

Gəncədə tanınan sahibkarlardan olan Arif Həsənov dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sahibkar uzunsürən xəstəlikdən həyatını itirib.

Məlumat üçün bildirək ki, A.Həsənov Gəncə şəhərində iri un və çörək istehsal edib. O,  "Neon" adlı firmanın təsisçisi və direktoru olub.

Milli.Az