Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək

28 Noyabr 2022 08:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün iki qarşılaşma keçiriləcək. Belə ki, əvvəlcə "Şamaxı" "Kəpəz"i qəbul edəcək. Şamaxı şəhər stadionunda saat 14:00-da başlayacaq qarşılaşmanı hakimlər Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov idarə edəcəklər.

Günün növbəti oyununda "Qarabağ" "Zirə" ilə görüşəcək. "Azersun Arena"da saat 19:00-da start götürəcək oyunun hakimləri Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov olacaqlar.

Milli.Az