Mağazada yanğın olub

28 Noyabr 2022 07:55

Zərdab şəhərində ümumi sahəsi 10 m² olan mağazada 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az