Ukraynanın 2 illik nüvə yanacağı ehtiyatı var

28 Noyabr 2022 07:48

Ukraynanın 2 ilə kifayət edəcək nüvə yanacağı ehtiyatı var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın "Enerqoatom" şirkətinin rəhbəri Pyotr Kotin bildirib.

Kotin bildirib ki, Ukrayna özü nüvə yanacağı hazırlamağı planlaşdırır. Bunun üçün ABŞ şirkətləri ilə danışıq aparılır.

Qeyd edək ki, münaqişə başlayandan Ukrayna Rusiyadan nüvə yanacağı almaqdan imtina edib.

Milli.Az