Bakıda maşın 4 avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

28 Noyabr 2022 07:21

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. "Nissan" markalı avtomobil yüksək sürətlə Sübhan Xəlilovun idarə etdiyi "BMW"yə cırpılıb. İdarəetmədən çıxan avtomobil ardınca yol kənarında dayanmış "Qazel"ə, sonra isə "Chevrolet" və "Hyundai"ya dəyib. "Nissan" yalnız bardürə çırpıldıqdan sonra dayana bilib.

S.Xəlilov APA-ya bildirib ki, "Nissan"ın sürücüsü narkotik maddənin təsiri altında olub. O, xəsarət alaraq xəstəxanaya aparılıb. S.Xəlilov "Nissan"ın sürücüsünün narkotik müayinədən keçməsini tələb edib. Əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində Azadlıq prospektindən Binəqədi istiqamətinə gedən yolda tıxac yaranıb. Polis əməkdaşları hərəkəti tənzimləyir. Qəza ilə bağlı avtotexniki ekpertiza təyin edilib.

Milli.Az