Rusiya Ukraynada 32 min obyektə zərbə endirdi

27 Noyabr 2022 23:32

Rusiyanın Ukraynanı atəşə tutması nəticəsində artıq 32 minə yaxın mülki obyekt və 700-dən çox mühüm infrastruktur obyekti zədələnib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Enin deyib.

O bildirib ki, Rusiyanın bu zərbələri dayandıracağını söyləmək üçün heç bir əsas yoxdur.

Milli.Az