Polşada ukraynalı qaçqınlar kütləvi şəkildə ZƏHƏRLƏNDİ

27 Noyabr 2022 22:31

20-dən çox ukraynalı qaçqın zəhərlənmə əlamətləri ilə Polşanın Qluxolazi şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Polşa portalı məlumat yayıb.

"Əsasən 2 yaşdan 16 yaşa qədər uşaqlar zərər çəkib. Ümumilikdə 23 nəfər zəhərlənib - 8 böyük və 15 uşaq, - məlumatda deyilir.

Hələlik laboratoriya nəticələri açıqlanmayıb, amma həkimlərin deyib ki, əlamətlər klassik qida zəhərlənməsinə işarə edir.

"Zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir", - deyə xəstəxanaya gələnlərin müalicəsinə cavabdeh olan həkimlərdən biri bildirib.

Polşa hakimiyyətinin nümayəndəsi iddia edir ki, söhbət norovirus infeksiyasından gedir.

Qeyd edək ki, fevral ayından Polşaya gələn 7,7 milyon Ukrayna vətəndaşının 1,3 milyonu hazırda bu ölkədə məskunlaşıb. (publika)

Milli.Az