Rusiyadan daha bir ilginc qərar

27 Noyabr 2022 21:30

Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçid məsələsini İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İttifaqın rəhbəri Aleksandr Dyukov bildirib.

Qeyd edək ki, Rusiya komandalarına tətbiq edilən sanksiyalardan sonra Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına daxil olmağı planlaşdırır.

Asiya Futbol Konfederasiyası Asiya Çempionlar Liqası və Asiya Çempionatından ibarətdir.

Milli.Az