"Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir"

27 Noyabr 2022 20:55

Kiyevə kömək Qərb ölkələrinə baha başa gəlir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

O, Avropada ərzaq və elektrik qiymətlərinin artması ilə razılaşıb. O, bir çox avropalı ailələr üçün "çətin günlərin" gəldiyini söyləyib.

Buna baxmayaraq, Stoltenberq Ukraynaya dəstəyi artırmağın zəruriliyini vurğulayıb. Alyansın baş katibi eyni zamanda bildirib ki, hərbi yardım Kiyevin danışıqlar masası arxasında mövqelərini gücləndirməyə qadirdir.

Milli.Az