Belçikanın məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib - VİDEO - FOTO

28 Noyabr 2022 07:35

28.11.2022

07:35

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanları Belçika-Mərakeş oyunundan sonra baş verən iğtişaşlarda 10 nəfəri saxlayıb.

------------------

27.11.2022

20:49

Belçika komandasının Dünya Çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, məğlubiyyətdən sonra azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar. İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən Dünya Çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.

Milli.Az