Türkiyə Silahlı Qüvvələri "Pençe Kilit" əməliyyatı başlayandan indiyədək 480 terrorçunu zərərsizləşdirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Hulusi Akar İraqın şimalındakı Zap bölgəsində Türkiyə ordusuna qarşı törədilən hücumu barədə danışaraq deyib ki, hücumdan sonra bölgədən qaçmağa çalışan terrorçulara qarşı komandolarımızın başlatdığı əməliyyat nəticəsində bu gün 3-ü olmaqla ümumilikdə 13 terrorçu zərərsizləşdirilib.
Milli.Az