Çində karantinə qarşı aksiyalar keçirildi

27 Noyabr 2022 16:30

Çində COVID-19-la bağlı məhdudlaşdırıcı tədbirlərə qarşı aksiyalar keçirilib
Bazar günü gecə Çinin bir sıra şəhərlərində COVID-19 ilə əlaqədar ölkə hakimiyyətinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qarşı nümayişlər keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Xüsusilə Şanxayda 300-ə yaxın insan gecə yarısı etiraz aksiyasına toplaşıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Eyni zamanda, AP qeyd edib ki, bir çox nümayişlərlə bağlı məlumatı təsdiqləmək olmur, etiraz aksiyaları ilə bağlı paylaşımlar sosial şəbəkələrdən sürətlə silinir.

Bir gün əvvəl Sinszyan-Uyğur Muxtar Diyarının hakimiyyət orqanları inzibati mərkəz - Urumçi şəhərinin bəzi ərazilərində karantin rejimini aradan qaldırıb. Bu qərardan əvvəl vətəndaşların bir çoxu avqust ayından bəri davam edən təcrid rejiminə qarşı nümayişləri keçirilib. Eyni zamanda, bazar günü həkimlər COVID-19-a yeni 1 000-ə yaxın yoluxma halının aşkarlandığını, onlardan 114-nün Urumçidə olduğunu bildiriblər.

Milli.Az