Bakıda qətlə yetirilən 16 yaşlı cüdoçunun FOTOsu

27 Noyabr 2022 10:34

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Milli.Az manset.az-a istinadla bildirir ki, Şağan Olimpiya Kompleksində cüdo yarışı zamanı qətlə yetirilən Tural Rüstəmovun fotoları əldə edilib.

Qeyd edək ki, Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Xatırladaq ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Milli.Az