Şabranda ağır yol qəzası olub, xəsarət alanlar var

26 Noyabr 2022 22:37

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beləki, "Opel" markalı minik avtomobili hərəkətdə olan vaxtı, "VAZ-2107" markalı avtomobil ötmə əməlliyatını düzgün seçmədiyindən qəza şəraiti yaradıb. Nəticədə TIR "Opel" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1991-ci il təvəllüdlü Ceyhun Cavanşir oglu Süleymanov, 1999-cu il təvəllüdlü Lamiyyə Alfəddin qızı Süleymanova və 2017-ci il təvəllüdlü İsmayıl Ceyhun oglu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az