Levandovski dünya çempionatlarında ilk qolunu vurdu

26 Noyabr 2022 19:57

Polşa millisinin futbolçusu 34 yaşlı Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.

Səudiyyə Ərəbistanı yığmasına qarşı C qrupunun II tur matçında fərqlənən İspaniya "Barselona"sının forvardı tarixi qolu göz yaşları ilə qeyd edib. 82-ci dəqiqədə fərqlənən Levandovski oyunda hələlik sonuncu - ikinci qolun müəllifi olub.

Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və hesab avroplalıların xeyrinədir - 2:0.

Milli.Az