Maykl Ceksonun sensasion səs yazısı üzə çıxıb

13 May 2010 11:09
"The Sun" yazır ki, lent yazısı ulduzun güclü tibbi preparatlar hesabına yaşadığını təsdiqləyir. Ceksonun səsləndirdiyi fikirlər onun narkotik asılılığından əziyyət çəkdiyini sübut edir. Lent yazısında mərhum ulduzun dostlarından birinə etdiyi telefon zəngi zamanı dedikləri də yer alıb: "Bu, Maykldır. Çox vacib işlə əlaqədar zəng vururam. Mənə pul lazımdır. Həyatım təhlükədədir. Hələ də "X" (ad açıqlanmır - red.) məni təqib edir və bu səbəbdən yerimi dəyişmək istəyirəm. Bir yer tapıb gizlənməliyəm".

Digər lent yazısında isə mərhum ulduz deyir: "Danışan Mayklıdr... Off... Saat səhər 04:30-dur, ona görə bir qədər yuxuluyam (gülür). Özümü çox yorğun hiss edirəm. Sənə bir neçə gün əvvəl göndərdiyim mesajı dinlə... Çox narahatam. Mən bu adama inanmıram. Düşünürük ki, o, italiyalı mafiozdur. Gərək onu aldadaq... Xahiş edirəm, bu işdə mənə kömək et".

Ceksonun bu telefon danışığının audioyazısını əldə etmiş jurnalist Dafna Barak (o, mərhum müğənni haqda kitab yazır) hesab edir ki, həmin vaxt ulduz narkotikin təsiri altında olub.

Milli.Az