Sağlamlığa faydalı çörək hansıdır?

26 Noyabr 2022 23:35

"Canlı qida" verilişinin müəllifi Sergey Malozemov hazırda müxtəlif növ çörəklər içində sağlığa ən faydalısını seçməyin sirlərini bölüşüb.

Bakupost.az xəbər verir ki, buğda çörəyinin ən yaxşısı birinci sort undan hazırlanandır. Amma ən yaxşı variant buğda yox, çovdar çörəyi almaqdır.

Çalışın qaba üyüdülmüş undan çovdar çörəyi alasız.
Çörəyə küncüt, kətan, qara zirə toxumları əlavə etmək, kəpək qatmaq faydalıdır.

Ən zərərli çörək yüksək sortlu çörəkçilik unundan bişirilən, yəni satışda 90% olan çörəklərdir.

Onun dadı yaxşı olsa da, çoxlu nişastası var, lifi yoxdur, B qrup vitamini yoxdur.

O ki, qaldı mayasız çörəyə. Maya əslində təhlükəsizdir, çörəyi B qrup vitamini ilə zənginləşdirir - deyə ekspert bildirib.

Milli.Az