Azərbaycanda DƏHŞƏT: 1 yaşlı uşaq qaynar suda yandı

26 Noyabr 2022 10:36

Ağdaşda körpənin üzərinə qaynar su dağılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ağcayazı kəndində qeydə alınıb. 1 yaşlı F. Rəşidbəylinin üzərinə yaşadığı evdə qaynar su dağılıb.

Körpə təcili olaraq, xəstəxanaya yerləşdirilib. Onun bədəni yanıb.

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Milli.Az