Yerevanda növbəti qanlı atışma
13 May 2010 10:48
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, xəstəxanalardan biri polisə odlu silahdan yaralanmış 2 nəfərin, "Mikaelyan" xəstəxanası isə oraya 1 cəsədin gətirildiyini xəbər verib. Həm yaralıları, həm də ölünü xəstəxanaya aparan şəxslər dərhal oranı tərk edərək gizləniblər.
Araşdırma insident iştirakçılarının 18-20 yaşlı gənclər olduğunu üzə çıxarıb. Hadisə yerindən 8 giliz tapılıb. Polis baş verənlərlə bağlı araşdırmaya başlayıb.
Milli.Az