Jurnalist Cavid Osmanov "Atabəylər: Şəmsəddin Eldəniz" serialını tənqid edib.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, feysbukda status paylaşıb. Cavid ilk tizeri yayımlanan ekran işi haqda bu sözləri bildirib:
"Atabəylər: Şəmsəddin Eldəniz" serialının tizerinə baxdım. Sanki "Yuxudan durmuş Ərtoğrul" ("Diriliş: Ertuğrul" serialını nəzərdə tutur) serialının fanatı çəkib. Hər şey itirilib. Estetikamızı əl çalaraq təhvil verdik getdi. Kədər və göz yaşları".
Milli.Az