“Taliban” qadınlara kişilərin müşayiəti olmadan həkimə getməyi qadağan etdi

26 Noyabr 2022 12:50

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, sənədi məscidlərin imamları da təsdiq ediblər. Onlara bu məlumatı vətəndaşlara çatdırmaları tapşırılıb.

Səlahiyyətlilər hələlik qərara münasibət bildirməyiblər.

Milli.Az