Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

26 Noyabr 2022 08:34

Suriyanın Hasake əyalətinin cənubundakı Şəddadi bölgəsində yerləşən ABŞ-ın hərbi bazası raket atəşinə tutulub, xəsarət alan olmayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ-ın Şəddadidəki patrul bazasına iki raket atılıb:

"Hücum nəticəsində xəsarət alan olmayıb, baza və ya koalisiya əmlakına heç bir ziyan dəyməyib. Raketlərin atıldığı yerə baxış keçirilib və üçüncü partlamamış raket aşkarlanıb" - məlumatda vurğulanıb.

Milli.Az