Ukrayna ATƏT PA-nı boykot etməyi planlaşdırır

26 Noyabr 2022 08:20

Rusiyanın nümayəndələri iştirak edəcəyi təqdirdə Ukrayna ATƏT Parlament Assambleyasını boykot edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Yevgeni Kravçuk bildirib.

"Biz, Ukrayna nümayəndə heyəti Rusiyanın nümayəndələri iştirak etdiyi müddətdə ATƏT Parlament Assambleyasını boykot edəcəyik" - deyə Kravçuk bildirib.

Milli.Az