Rusiyanın silah ixracı 8 milyard dolları keçib

26 Noyabr 2022 08:28

2022-ci ildə Rusiyanın silah ixracı 8 milyard dolları keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Bu gün silahların əksər hissəsi daxili tələbata, ordunun ehtiyacına yönəldilir. Lakin bu şərtlərdə də biz dünya silah bazarında 8 milyard dollarlıq silah satmışıq" - deyə Vladimir Putin bildirib.

Milli.Az