Amerikalı yazıçı Trampı zorlama iddiası ilə məhkəməyə verdi - FOTO

26 Noyabr 2022 07:55

Amerikalı yazıçı Jean Kerroll ABŞ-nin keçmiş Prezidenti Donald Trampı zorlama ittihamı ilə məhkəməyə verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yazıçı Trampın ona 1995-ci ildə Nyu Yorkdakı ticarət mərkəzinin soyunub-geyinmə otağında  təcavüz etdiyini iddia edib.

Müəllif qeyd edir ki, hadisə onun məhsulları seçmək üçün Trampa kömək etməsi zamanı baş verib.

2019-cu ildə ilk dəfə zorlama iddiası ilə çıxış edən Kerroll hadisədən sonra Trampın gücünə görə polisə getməkdən qorxduğunu bildirib.

Milli.Az