Ronaldunun şortikindən çıxardıb ağzına atdığı nə olub? - FOTO

25 Noyabr 2022 22:39

Dünya çempionatında Portuqaliya-Qana oyununda yaşanan bir epizod geniş müzakirə olunur.

Oyunu zamanı çəkilən videodan görünür ki, Kriştianu Ronaldu əlini formanın şortikinin içinə salır və oradan nəsə çıxardaraq ağzına atır.

Milli.Az aut.az-a istinadla xəbər verir ki, bu müzakirəyə portuqal jurnalist Fransisko Abreu aydınlıq gətirib: "Onun şortikdən çıxardığı saqqız idi. Dəqiq deyirəm, bu, sadəcə saqqız idi".

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın qələbəsi ilə yekunlaşıb (3:2), qollardan birini isə Ronaldu vurub.

Milli.Az