"İlham Əliyevin bizə vaxt ayırması çox dəyərlidir"

25 Noyabr 2022 18:54

Prezident İlham Əliyevin bizə vaxt ayırması və bütün suallarımızı cavablandırması çox dəyərlidir.

Bunu bu gün Trend-ə ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın iştirakçısı, "Ambrozetti" Avropa evi analitik mərkəzinin baş direktoru Luka Miralya deyib.

"Prezidentin cavab vermədiyi və ya cavab verməkdə çətinlik çəkdiyi heç bir sual olmadı. O, hətta çaşdırıcı görünən suallardan belə qaçmırdı. Azərbaycanın mövcud geosiyasi vəziyyətdə rolu mühüm şəkildə artır və ölkə bütün regionun inkişafının təmin olunması üçün hər şeyi edir", - deyə o bildirib.

L.Miralya vurğlayıb ki, İtaliya və Azərbaycan vacib tərəfdaşlardır.

"Azərbaycan həmişə İtaliyaya başlıca qaz tədarükçüsü olub. Trans-Adriatik boru xətti bu baxımdan çox vacib layihədir. Hazırda söhbət qaz tədarükünün ildə 20 milyard kubmetrə çatdırılması barədə gedir. Hazırkı geosiyasi vəziyyət, şübhəsiz ki, Azərbaycanın enerji baxımından rolunun aparıcı qüvvəsidir. Azərbaycan artıq özünün enerji gücünün inkişafı üzərində işləyir", - L.Miralya deyib.

Milli.Az