İlham Əliyev: İtaliya ilə əla münasibətlərimiz var

25 Noyabr 2022 18:22

Azərbaycanın İtaliya ilə əla münasibətləri var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: "İtaliya ilə bizim ikitərəfli münasibətlərə gəldikdə, mən onları əla münasibətlər adlandırardım. Biz İtaliyanın yeni hökuməti ilə bu strateji istiqamətdə işləmək üçün nə mümkündürsə edəcəyik".

Milli.Az