Azərbaycan Prezidenti: Heç bir xarici aktorun öz standartlarını və iradəsini bizə diktə etməsinə imkan verməyəcəyik

25 Noyabr 2022 13:38

Biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Azərbaycan Prezidenti bildirib ki, heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik.

Milli.Az