Ermənilər mövqelərimizi sülhməramlıların yerləşdiyi ərazidən atəşə tutdu

25 Noyabr 2022 13:03

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Milli.Az